AZ

Sədr: Azərbaycanda aqro və ekoturizmin inkişafı üçün imkanlar çox genişdir

BAKI, 11 oktyabr. TELEQRAF

Azərbaycanda aqro və ekoturizmin inkişaf etdirilməsi üçün imkanlar çox geniş və zəngindir.

Teleqraf-ın Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Turizm Agentliyinin sədri Fuad Nağıyev Terra Madre Shaki festivalının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində hər bir region özünəməxsus məhsulları və dadları ilə çıxış edir:

Bugünkü tədbirdə nümayiş olunan məhsulların bolluğu da göstərir ki, Azərbaycan həqiqətən də “Slou Fud” fəlsəfəsinə uyğun bir destinasiyadır.
Nəinki layihənin əhatə etdiyi Şimal-qərb, Cənub və Qarabağ, həmçinin digər regionlarımızda da biomüxtəliflik incilərini tapmaq olar.
Bu ərazilərin biomüxtəlifliyini qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq bizim üçün önəmli amildir. Bugünkü festival 50-dən çox fermer və istehsalçının səyləri və zəhmətləri nəticəsində ərsəyə gəlib.– deyə o qeyd edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr