AZ

Suriyadan gözlənilməz xəbər: SDQ ordunun bir hissəsi olacaq

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya Demokratik Qüvvələri (SDQ) Suriya Ordusunun tərkib hissəsi olacaq.

Oxu.Az-ın "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbərinə görə, bu barədə Suriya Demokratik Qüvvələrinin rəhbəri Mazlum Abdi SDQ-nin yaradılmasının onuncu ildönümünün münasibətilə bağlı çıxışında məlumat verib.

O bildirib ki, Hələbdə SDQ ilə Suriya Ordusu arasında son toqquşmalar və bunun ardınca sülh sazişinin imzalanması fonunda Suriya Demokratik Qüvvələri Suriya Müdafiə Nazirliyinə inteqrasiya olunacaq.

"Bizim hərbi komitəmiz bu məsələni müzakirə etmək üçün yaxın vaxtlarda Dəməşqə gedəcək", - deyə Mazlum Abdi qeyd edib.

Xatırladaq ki, ötən gün SDQ Suriya ordusunun Tişrin bəndi ətrafındakı mövqelərinə hücum edib, bir əsgəri öldürüb, ikisini yaralayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
oxu.az

2Mənbələr