ABŞ prezidenti Tramp Çinin maqnit və metallar bazarında monopoliya yaratmaqla dünyanı girov saxladığını bəyan edib.
AzPost bildirir ki, prezident buna cavab olaraq maliyyə tədbirləri görəcəyini vəd edib. ABŞ nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlər səbəbindən Çin mallarına daha yüksək tariflər tətbiq etməyə hazırdır.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun 1 noyabrdan etibarən və ya ondan daha tez Çinə gömrük rüsumlarını 100% artıracaq. Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.
O həmçinin Çinə qarşı ixrac nəzarəti tətbiq ediləcəyini deyib.