AZ

Elvin Cəfərquliyev: Ən azından mübarizə apardıq

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev DÇ-2026-nın Fransa iloə səfər matçından (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az 24 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Mübarizəsiz meydandan çıxa bilmərik. Ən azından mübarizə apardıq. Rəqibin gücünü bilirsiz. Çox danışmağa ehtiyac yoxdur. Əlimizdən gələni etdik. Komanda olaraq çox yorğunuq. Qarşıda Ukrayna ilə oyun var. Hər şeyi unudub həmin matça hazırlaşmaq lazımdır.

– İlk hissənin sonunda buraxılan qol olmasaydı, başqa nəticəyə ümid etmək olardı?

– Demək çətindir. Əsas odur qoldan sonra dağılmadıq, həvəsdən düşmədik.

– Çempionlar Liqası oyunu, yoxsa bu matç?

– Çempionlar Liqası da səviyyəlidir. Komanda olaraq baxsaq, bugünkü rəqib daha səviyyəli idi.

– Psixoloji, fiziki yorğunluq Ukrayna ilə matçda çətinlik yarada bilər?

– Düşünmürəm. Belə qrafikdə oynamağa öyrəşmişik.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
3
sportal.az

4Mənbələr