AZ

"Mbappe narahatlıq hiss edir, bu da yaxşı deyil" - Deşam

Fransa yığmasının baş məşqçisi Didye Deşam milli komandanın hücumçusu və kapitanı Kilian Mbappenin yenidən topuğundan zədə aldığını bildirib.

Axar.az xəbər verir ki, onun açıqlamasını jurnalist Fabrisio Romano X səhifəsində yazıb.

Hadisə DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla matç zamanı (3:0) baş verib:

"Real Madrid"in futbolçusu görüşün 83-cü dəqiqəsində əvəz olunub. İkinci dəfə eyni nahiyədən zədə alıb. Matç zamanı rəqiblə təmas qaçılmazdır. Biz vəziyyəti araşdıracağıq. Mbappe narahatlıq hiss edir, bu da yaxşı deyil", - Deşam danışıb.

Qeyd edək ki, matç Fransa yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Mbappe İspaniya La Liqasının səkkizinci turunun "Vilyarreal"la (3:1) oyununda da topuğundan zədələnmişdi.
Seçilən
7
2
sherg.az

3Mənbələr