AZ

Tramp: Federal işdən çıxarılmalar Demokratlara yönəlik olacaq

ABŞ Prezidenti Donald Tramp federal hökumətin bağlanması fonunda Demokratları hədəf alıb.

Bakıvaxtı.az xəbər verir ki, o, mətbuat konfransında büdcə razılaşmazlığı səbəbindən bir çox federal işçinin işdən çıxarılacağını bildirib.

Tramp ixtisarların əsasən “Demokratlara yönəlik” olacağını deyib.

Ağ Evə bağlı Büdcə və İdarəetmə Ofisinin direktoru Rassel Vout artıq işdən çıxarılmaların başladığını açıqlayıb.

ABŞ-də hökumət Konqresin yeni maliyyə ili üçün müvəqqəti büdcə layihəsini təsdiqləyə bilməməsi səbəbindən fəaliyyətini dayandırıb.

Əli Hüseynov

 

Seçilən
6
bakivaxti.az

1Mənbələr