AZ

Moskvadan açıq hücum: Zatulin Paşinyanı İrana da xəyanətdə ittiham etdi

Rusiya Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin hesab edir ki, Ermənistanın baş naziri Dördüncü Respublika haqqında danışmaqla özünün daxili və xarici siyasətindəki “uğursuz” hərəkətlərinə “yaxşı pərdə axtarır”.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, reallıqda Nikol Paşinyanın bəyanatı “konstitusiya dəyişikliklərinə təkan vermək cəhdindən başqa bir şey deyil.

Zatulin bu qiymətləndirməni RTVI ilə bölüşüb . Sentyabrın sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ildə səlahiyyət müddəti daha 5 il uzadılacağı təqdirdə ölkədə Dördüncü Respublika qurmaq planlarını açıqlayıb. O, daha sonra izah edib ki, Dördüncü Respublika Üçüncü Respublika kimi “münaqişə məntiqi”nə deyil, “sülh məntiqinə” əsaslanacaq.

Zatulin həmçinin Paşinyanın Dördüncü Respublika ilə bağlı bəyanatlarını ABŞ-ın Ermənistanda Azərbaycan və Türkiyə arasında dəhliz yaratmaq planları ilə əlaqələndirib.

Dövlət Dumasının deputatı qeyd edib ki, “Amerikalıların bu həssas əraziyə daxil olması – bu gələcək dəhlizdən istifadə etmək – onların bu istiqamətdən İrana yaxınlaşması deməkdir ki, onun əleyhinə təkcə amerikalılar deyil, həm də israillilər kart oynamaqda davam edirlər”.

Seçilən
6
publika.az

1Mənbələr