AZ

Kriptovalyuta bazarı çökdü

ABŞ Prezidenti Donald Trampın Çinə qarşı tarifləri elan etməsindən sonra kriptovalyuta bazarı çöküb və bu çökmə aprelin əvvəlindən bəri ən böyük çöküş olub.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat ayayıb.

“Çöküş aprelin əvvəlindən bəri ən böyük çöküş olub. Ən böyük kriptovalyuta olan Bitkoin, Trampın “Truth Social” platformasındakı elanından sonra 12%-dən çox ucuzlaşıb və bundan sonra eniş dayanıb”, – agentlik yazır.

Agentlik onu da qeyd edir ki, Trampın bəyanatından sonra bir saat ərzində kriptovalyuta bazarında 6 milyard dollardan çox pul itkisi yaşanıb.

Seçilən
12
5
konkret.az

6Mənbələr