AZ

"Futbolçular Fransaya qarşı əzmkar mübarizə apardılar" - Baş məşqçi

"Bildirdik ki, oyun çətin keçəcək. İlk hissənin sonunda qol buraxmasaydıq, rəqib ikinci yarıda daha çox təzyiq göstərəcəkdi. Futbolçularım əzmkar mübarizə apardılar. Əllərindən gələni etdilər".

Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, əvvəlcədən hər şeyə hazır olduqlarını bildirib: "Fransa kimi komandalara qarşı oynamaq bizim üçün yaxşı təcrübədir. Qarşıda bizi Ukrayna ilə ağır matç gözləyir. Gələn oyunda müəyyən rotasiyalar olacaq. Mahir Emrelinin çıxışına gəlincə, o da əlindən gələni etdi və ən yaxşı oyunlarından birini keçirdi. Qısa vaxt ərzində bir neçə oyun keçirməyə öyrəşməliyik".

Baş məşqçinin sözlərinə görə, komanda ilk hissədə top buraxmasaydı, ikinci yarı fərqli ola bilərdi: "Həmin qolu Mbappe kimi futbolçu vura bilər. İnanırdıq ki, Fransaya qarşı mübarizə apara bilərik".

Seçilən
14
3
adalet.az

10Mənbələr