AZ

Hər iki komandamız Ermənistana qalib gəldi - FOTOLAR

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun partiyaları keçirilib.

Sportinfo.az xəbər verir ki, hesabat turunda kişi və qadınlardan ibarət Azərbaycan komandaları Ermənistan şahmatçılarıyla qarşılaşıb.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5-1.5 hesabı ilə qalib gəlib. 6-cı turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub.

Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.

Qadın şahmatçılardan ibarət komandamız da 6-cı turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib,

Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə ilə bitirib. 3-1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.

Oktyabrın 11-i Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.




Seçilən
16
46
sportinfo.az

10Mənbələr