AZ

Avropada süni intellektin inkişafı üçün altı yeni mərkəz yaradılacaq

BAKI, 11 oktyabr. TELEQRAF

Avropa İttifaqısüni intellektin inkişafını sürətləndirmək məqsədilə Çexiya, Litva, Niderland, Polşa, Rumıniya və İspaniyada daha altı “süni intellekt fabriki”nin yaradılacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Yüksək Performanslı Hesablama üzrə Avropa Tərəfdaşlıq Təşəbbüsü (EuroHPC) məlumat yayıb.

EuroHPC-nin bəyanatında bildirilir ki, yeni mərkəzlər Avropada superkompüter texnologiyalarının və süni intellekt tətbiqlərinin inkişafını dəstəkləmək məqsədi daşıyır. Hazırda qitə üzrə 13 belə mərkəz fəaliyyət göstərir və onların hamısı birlikdə Avropa miqyasında innovasiya şəbəkəsi formalaşdıracaq.

Yeni altı “fabrikin” süni intellekt üçün optimallaşdırılmış hesablama sistemləri və infrastruktur yaratmaqla yanaşı, startaplara, kiçik və orta müəssisələrə, eləcə də tədqiqatçılara xidmət göstərəcəyi qeyd olunur.

Layihəyə Aİ və üzv dövlətlər tərəfindən 500 milyon avrodan çox maliyyə vəsaiti ayrılacaq. Addımın məqsədi Avropanın hesablama gücünü artırmaq və süni intellektin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyasını sürətləndirməkdir.

Seçilən
12
teleqraf.com

1Mənbələr