ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
AFFA milli komandanın baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuşa təzminatı ödəyib.
“Qafqazinfo” xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.
Bildirilib ki, onunla müqavilədə yer alan bütün şərtlərə əməl edilib.
AFFA rəsmi şəkildə bu məbləği açıqlamasa da, əldə etdiyimiz məlumata görə, ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.
Xatırladaq ki, Fernandu Santuş ötən ayın 8-i istefaya göndərilib.
Elsevər Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.