AZ

Almaniya Kansleri Ukrayna Prezidentinə Rusiyaya qarşı təzyiqi artıracağına söz verib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 11 oktyabr, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyaya qarşı təzyiqi artıracağına əmin edib.

AZƏRTAC xəbər verir ki, Kansler bu barədə X platformasındakı paylaşımında Zelenskinin ona Rusiyanın mülki əhaliyə və infrastruktur obyektlərinə qarşı həyata keçirdiyi ağır hücumlar barədə məlumat verdiyini bildirib. “Mən onu əmin etdim ki, biz dəstəyimizi davam etdirəcək və müdafiə sənayesi sahəsində əməkdaşlığımızı genişləndirəcəyik. Moskva üzərində təzyiqi artıracağıq”, - deyə Kansler qeyd edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
azertag.az

3Mənbələr