AZ

Altı ölkədə yeni süni intellekt fabrikləri inşa ediləcək

Avropa İttifaqı (Aİ) süni intellekt sahəsində qlobal rəqabətdən geri qalmamaq üçün mövcud şəbəkəni xeyli genişləndirməyi planlaşdırır.

Publika.az “Spiegel”ə istinadən xəbər verir ki, Aİ bu məqsədlə Çexiya, Litva, Polşa, Rumıniya, İspaniya və Niderlandda yeni süni intellekt mərkəzləri inşa edəcək.

Üzv dövlətlər bu məqsədlə birlikdə 500 milyon avrodan çox sərmayə yatıracaq. Aİ-nin məqsədi süni intellekt sahəsində irəliləmək və texnoloji asılılıqlardan qurtulmaqdır.

Seçilən
9
5
publika.az

8Mənbələr