AZ

Tramp: ABŞ-də ixtisarlar demokratlara yönələcək

BAKI, 11 oktyabr. TELEQRAF

ABŞ-də büdcə maliyyələşməsinin dayandırılması səbəbindən federal hökumətin fəaliyyətinin qismən dayanması (“şatdaun”) fonunda dövlət aparatında geniş ixtisarlar aparılacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı çıxış danışıb.

Tramp qeyd edib ki, çoxsaylı ixtisarlar olacaq və əsasən icraedici hakimiyyətin nazirlik və idarələrində çalışanlara şamil ediləcək.

“Bu, demokratlara yönələcək. Çünki biz hesab edirik ki, bu vəziyyəti onlar yaradıblar. Ona görə də tədbirlər də onlara qarşı olmalıdır”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri yaxın iki gün ərzində ixtisara düşəcək əməkdaşların dəqiq sayının açıqlanacağını da bildirib.

Seçilən
17
teleqraf.com

1Mənbələr