AZ

MDB-nin növbəti sammiti Türkmənistanda keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) növbəti sammiti 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək. 

 

Senzor.az bildirir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev sammitin genişləndirilmiş iclasında məlumat verib.

 

Onun sözlərinə görə, bu qərar əsas təşkilati məsələlərin müzakirə olunduğu iclasın qapalı hissəsində qəbul edilib: "Nümayəndə heyətlərinin başçıları qərara gəliblər ki, 2026-cı ildə Birliyə Türkmənistan sədrlik edəcək, həmsədrlik Tacikistan Respublikası və Özbəkistan Respublikasında olacaq". 

 

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin indiki sammiti Düşənbədə keçirilir.

Seçilən
8
4
senzor.az

6Mənbələr