AZ

Yeni Zelandiya sakini 2 mindən çox sözdən ibarət adı ilə Ginnesin Rekordlar Kitabına düşdü

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yeni Zelandiya sakini ən uzun ad sahibi olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Lourens Uotkins 1990-cı ildə adını, soyadını və ata adını dəyişərək ora iki mindən çox söz daxil edib. Daha sonra öz rekordunun qeydə alınması üçün məhkəməyə ərizə ilə müraciət edib.

Müraciət əvvəlcə qəbul edilsə də, sonradan rədd edilib. Kişi təslim olmayıb və onun tərəfini tutan Ali Məhkəməyə müraciət edib. Məhkəmə Uotkinsin rekordçu olduğuna qərar verib, lakin digərlərinin də eyni addımı atmaması üçün qanunvericilik dəyişdirilib.

Lourens Uotkinsin tam adı 2 253 sözdən ibarətdir. Onun adı Ginnesin Rekordlar Kitabında təxminən altı səhifə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
oxu.az

1Mənbələr