AZ

Venesuela BMT-ni ABŞ-nin hərbi addımlarını beynəlxalq sülhə təhdid kimi tanımağa çağırdı

BAKI, 11 oktyabr. TELEQRAF

Venesuela BMT Təhlükəsizlik Şurasını ABŞ-nin Karib dənizindəki hərbi fəaliyyəti fonunda beynəlxalq sülh və təhlükəsizlik üçün yaranmış təhdidi tanımağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada təşkilatın Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Birincisi, BMT Təhlükəsizlik Şurası ABŞ-nin Karib dənizində həyata keçirdiyi hərbi eskalasiyanı beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi tanımalıdır. İkincisi, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün zəruri tədbirlər görülməlidir. Üçüncüsü isə, Şura bütün üzv dövlətlərin, o cümlədən ABŞ-nin, Venesuela Bolivar Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməsini təmin edən qətnamə qəbul etməlidir,” – Monkada bildirib.

Diplomat qeyd edib ki, ABŞ-nin Karib dənizindəki addımları regionda gərginliyi artırır və Venesuelanın təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Seçilən
9
teleqraf.com

1Mənbələr