AZ

Sinqapur Qran prisinin meydançasına qanunsuz girən şəxs həbs oluna bilər

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sinqapur Qran Prisinin meydançasına biletsiz daxil olan gənci 3 aya qədər həbs cəzası gözləyir.

İdman.Biz-in məlumatına görə, 22 yaşlı isveçli “Marina Bey” trasının yüksək təhlükəsizlik zonasına müvafiq akkreditasiya olmadan daxil olub.

Məlumata görə, o, şənbə günü paddoka, daha sonra “Paddock Club”un VIP sahəsinə daxil olub. Həmin axşam o, pit-leynə də girə bilib və nəhayət, təhlükəsizlik xidməti onu saxlayıb.

Bu şəxsin məhkəməsi yarışdan bir gün sonra, bazar ertəsi, oktyabrın 6-da başlayıb. Ona qorunan ərazinin sərhəddini üç dəfə pozma faktı üzrə ittiham irəli sürülüb. Gənc adam girov müqabilində sərbəst buraxılıb, lakin noyabrın 3-də yenidən məhkəmə qarşısına çıxacaq.

Məhkəmədə onunla bağlı dinləmələr keçiriləcək və o, həbs cəzası ilə üzləşə bilər. Sinqapur Qran-prisinin “çağırılmamış qonağı”nı 1160 dollar məbləğində cərimə də gözləyir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
icma.az

2Mənbələr