Vaşinqton, 11 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Çinin ABŞ-a ixrac etdiyi məhsullara əlavə 100 faiz tarif tətbiq edəcəyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə sosial media hesabında yazan ABŞ Prezidenti qərarın noyabrın 1-dən qüvvəyə minəcəyini deyib. Prezident bu addımı Çinin nadir torpaq elementlərinə ixrac nəzarəti tətbiq etdiyi üçün atdığını bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton