AZ

Nobel Komitəsi məlumat sızmasından şübhələnir - Araşdırma başladıldı

Nobel Komitəsi Amerika mərc platformasında mərclərin kəskin artması fonunda Sülh Mükafatı laureatı haqqında mümkün məlumat sızmasını araşdıracaq.

Publika.az xəbər verir ki, bu barədə Norveç Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken bildirib.

"Ehtimallardan biri özəl şəxslərdən sızmadır, lakin daha çox ehtimal ki, bu, rəqəmsal pozuntunun hansısa formasıdır... Bizim izahatımız yoxdur, lakin bunun sızma olub-olmadığını və ya sistemimizdə bir şey olub-olmadığını anlamaq üçün əlimizdən gələni edəcəyik", - Harpviken bildirib.

Nobel Sülh Mükafatının qalibi Maçado əvvəlcə Amerika onlayn platforması "Polymarket" istifadəçiləri arasında açıq-aşkar zəif hesab olunurdu, lakin oktyabrın 10-na keçən gecə onun qalib gəlmə şansı cəmi bir neçə saat ərzində 3,6%-dən 70%-ə yüksəldi. Nəşr bildirir ki, platformanın üç istifadəçisi gecə və cümə günü səhər Maçadonun qələbəsinə böyük mərclər qoyub: ümumilikdə onlar bu mərclərə 181 min dollardan çox pul xərcləyiblər. Bundan başqa, nəşrə görə, onlardan ikisi Maçadonun rəqiblərinin uduzacağına da mərc edib. Bu üç istifadəçi birlikdə 90 000 dollar udublar.

Seçilən
11
3
publika.az

4Mənbələr