AZ

Ayxan Abbasov: Bilirdik ki, oyun çətin keçəcək

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Bilirdik ki, oyun çətin keçəcək".

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, əvvəlcədən hər şeyə hazır olduqlarını bildirib: "İlk hissənin sonunda qol buraxmasaydıq, rəqib ikinci yarıda daha çox təzyiq göstərəcəkdi. Futbolçularım əzmkar mübarizə apardılar. Əllərindən gələni etdilər. Fransa kimi komandalara qarşı oynamaq bizim üçün yaxşı təcrübədir. Qarşıda bizi Ukrayna ilə ağır matç gözləyir. Gələn oyunda müəyyən rotasiyalar olacaq. Mahir Emrelinin çıxışına gəlincə, o da əlindən gələni etdi və ən yaxşı oyunlarından birini keçirdi. Qısa vaxt ərzində bir neçə oyun keçirməyə öyrəşməliyik".

Baş məşqçinin sözlərinə görə, komanda ilk hissədə top buraxmasaydı, ikinci yarı fərqli ola bilərdi: "Həmin qolu Mbappe kimi futbolçu vura bilər. İnanırdıq ki, Fransaya qarşı mübarizə apara bilərik".

Qeyd edək ki, Fransa - Azərbaycan oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib. Yığma növbəti matçını oktyabrın 13-də Polşanın Krakov şəhərində Ukrayna yığmasına qarşı keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
3
oxu.az

10Mənbələr