AZ

Makron yenidən Lekornyunu Baş nazir təyin etdi

BAKI, 11 oktyabr. TELEQRAF

Fransa prezidenti Emmanuel Makron Sebastyan Lekornyunu yenidən ölkənin baş naziri vəzifəsinə təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə "BFMTV" kanalı Yelisey sarayının bəyanatına istinadən xəbər yayıb.

Ötən ay istefa verən Lekornu təyinatı təsdiqləyib. O, ilin sonunadək büdcəni formalaşdırmaq və Fransadakı siyasi böhrana son qoymaq niyyətində olduğunu vurğulayıb.

“Bu missiyanın uğurla başa çatması üçün əlimdən gələni edəcəyəm”, - o deyib.

Lekornu qarşıya qoyulan məqsədlərə çatmağın yalnız müəyyən şərtlər daxilində mümkün olacağını bildirib. Onun sözlərinə görə, əsas prioritetlərdən biri parlamentdə son günlər partiya liderləri ilə müzakirə edilən məsələlərin gündəliyə çıxarılmasıdır.

Seçilən
4
teleqraf.com

1Mənbələr