AZ

“Azərbaycanda hələ belə zəif komanda olmayıb, arada yerlə göy qədər fərq var”

"Ovaxtkı komanda ilə indiki millini müqayisə etmək mümkün deyil - yerlə göy qədər fərq var. Hazırkı yığma, bəlkə də Azərbaycan futbolu tarixinin ən zəif millisidir. Buna görə də milli komandaları bir-biri ilə müqayisə etmək doğru olmaz".
Sportinfo.az xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında millinin sabiq futbolçusu Mahir Şükürov deyib.
Keçmiş müdafiəçi yeni baş məşqçi Ayxan Abbasov haqda da danışıb: "Ayxan Abbasova gəlincə, ondan indi heç nə gözləmək olmaz. Çünki o, yeni gəlib milli komandaya. Əslində, istər Mourinyo gəlsin, istər Qvardiola - bu heyətlə böyük uğur qazanmaq mümkün deyil".

Seçilən
19
sportinfo.az

1Mənbələr