AZ

Ermənilərin Gəncəyə dördüncü raket hücumundan 5 il ötür

Bakı. Trend:

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olanGəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə rakethücumuna məruz qalmasından beş il ötür.

Trend xəbər verir ki, 2020-ci ilin oktyabrın11-də gecə saat 02:00 radələrində şəhərin mərkəzi düşməninballistik raket hücumuna məruz qalıb.

Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutmasınəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfəryaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfatedib.

Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya iləhücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb,şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyatvasitələrinə külli miqdarda ziyan dəyib. Ümumilikdə isəErmənistanın hərbi təcavüzü nəticəsində ötən il 12-si uşaq, 27-siqadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaşyaralanıb, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyatvasitəsinə ziyan dəyib.

Ermənistanın bu qanlı hücumu nəticəsində şəhid olanlar vəyaralananlar arasında uşaqlar və qadınlar da olub.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülkiəhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunanQarabağda separatçıların keçmiş “prezidenti” Araik ArutyunyanDövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıyagətirilib.

Ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3,218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

1973-cü il təvəllüdlü Harutyunyan Arayik Azərbaycan ərazisindəqondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlaraltında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi,muzdluların yığılması, onlara təlim keçirilməsi vəmaliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbiəməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlımünaqişə zamanı beynəlxalq humanitar hüquq normalarınınpozulmasında təqsirləndirilir.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr