Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin Konnektikut ştatında qadın sevgilisini antifrizlə zəhərlədiyinə görə saxlanılıb.
BAKU.WS xəbər verir ki, 34 yaşlı Kristen Hohan avqust ayında sevgilisinin qırmızı şərabına antifriz əlavə edib. Kişi içkini içdikdən bir neçə saat sonra özünü pis hiss edib, danışmaqda çətinlik çəkib və yeriyərkən büdrəyib.
Onu xəstəxanaya çatdırıblar və əvvəlcə insult diaqnozu qoyulsa da, sonradan etilenqlikol (antifriz maddəsi) ilə zəhərlənmə müəyyən edilib.
İstintaq versiyasına görə, qadın sevgilisini öldürərək həm onların evinə sahib olmaq, həm də ortaq uşaqları üzərində tam himayə hüququ əldə etmək istəyib. Zərərçəkən bir neçə gün reanimasiyada qalıb və vəziyyəti ağır olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.