AZ

Gəncədə 40 yaşlı kişi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, 1985-ci il təvəllüdlü Seymur Bağırov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin ehtimala görə, o, xalası oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
operativmedia.az

1Mənbələr