ABŞ-nin Tennessi ştatında “Accurate Energetic Systems” partlayıcı zavodunda baş verən partlayışdan sonra baş verən kütləvi dağıntı və yanğının görüntüləri sosial mediada yayılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “The National Pulse” məlumat yayıb.
Nəşrin məlumatına görə, səlahiyyətlilər bir neçə nəfərin öldüyünü təsdiqləyiblər. Ən azı 19 nəfər itkin düşüb.
Partlayış oktyabrın 10-da yerli vaxtla səhər saatlarında Banksnort yaxınlığında baş verib. Hamfris şəhər dairəsinin yanğınsöndürmə qrupları hazırda hadisənin nəticələrini aradan qaldırır və zərərçəkənlərə kömək etmək üçün hər cür səy göstərir.
Görüntüləri təqdim edirik: