ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yeni Zelandiya parlamentində Maori Partiyasından yeni seçilmiş deputat Oriini Kayparanın çıxışından sonra iclas yarımçıq kəsilib.
Oxu.Az bu barədə "The Press" nəşrinə istinadən xəbər verir.
Parlamentin iclası zamanı deputat mənsub olduğu maori qəbiləsinə məxsus "haka" döyüş rəqsini ifa edib.
Bundan sonra sözügedən partiyanın digər üzvləri də ona qoşulublar. Yekunda iclas dayandırılıb.
Parlamentin spikeri bildirib ki, Maori Partiyası üzvlərinin sessiyanı əvvəlcədən pozmağı planlaşdırdıqları müəyyən olunarsa, o, İmtiyazlar Komitəsi qarşısında onların iclaslardan kənarlaşdırılması məsələsini qaldıracaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.