Almaniyada şəhər meri ögey qızı tərəfindən işgəncəyə məruz qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə polisə istinadən “Bild” nəşri məlumat yayıb.
Almaniyanın Herdekke şəhərinin meri İris Ştaltser bir neçə saat ərzində ögey qızı tərəfindən işgəncəyə məruz qalıb.
Məlumata görə, qız merə bıçaqla xəsarətlər yetirib, onun saç və geyimini dezodorant və alışqanla yandırmağa cəhd edib.
O, bu hərəkətləri “intiqam məqsədilə” etdiyini bildirib, lakin motiv hələlik məlum deyil.
Maraqlıdır ki, xilasetmə xidmətinə hadisə barədə zəngi də elə ögey qız edib.
O, guya anasına “bir neçə kişinin hücum etdiyini” söyləyib. Buna görə də onun barəsində hələlik həbs orderi verilməyib.
Xuraman Etibarlı
İnterpress.az