“Aston Villa”nın futbolçusu Yuri Tilemans baldır nahiyəsindən zədələnib.
Sportinfo.az xəbər verir ki, buna görə də yarımmüdafiəçi daha beş həftə yaşıl meydanlardan kənarda qalacaq.
28 yaşlı belçikalı oyunçu sentyabrın 13-ü “Everton”la heç-heçə etdikləri (0:0) matçda sıradan çıxıb.
Tibbi müayinələr zamanı ilkin olaraq sağalması gec olan əzələ zədəsi aşkarlanıb.
Y.Tilemans 2023-cü ildən Premyer Liqa təmsilçisinin formasını geyinir.