Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasında ölkəyə gətirilən xarici istehsal oyuncaqların məcburi ekspertizadan keçirilməsi, gömrük nəzarətinin gücləndirilməsi və ənənəvi dəyərlər əsasında məhsullar istehsal edən yerli şirkətlərin dəstəklənməsi ilə bağlı təkliflər müzakirə olunur.
Deputat Anna Lanttratovanın sözlərinə görə, xarici oyuncaqlar artıq “hibrid müharibə alətinə” çevrilib. Onun fikrincə, bu vasitə ilə uşaqlara yad dəyərlər aşılanır və onlar tədricən vətənə sevgidən uzaqlaşdırılır.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Rusiyada satılan oyuncaqlar ciddi nəzarətdən keçiriləcək və yalnız milli dəyərlərə uyğun olan məhsullar bazarda yer alacaq.
Musavat.com