Zaporojyedə polis tanışını qəsdən partlatmaqda şübhəli bilinən 35 yaşlı kişini saxlayıb.
Bu barədə oktyabrın 10-da Ukrayna Milli Polisinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. Müstəntiqlər iddia edirlər ki, həmin şəxs oktyabrın 8-də gecə yarısı 31 yaşlı tanışı ilə mübahisə edib. Mübahisə zamanı o, qumbaradan sancağı çıxarıb və heç bir izahat verməyərək, yaşadığı mənzilin açıq giriş qapısından ona ötürüb. Qumbara partlayıb və qadın həlak olub.
Polisin məlumatına görə həmin vaxt Zavodski rayonundakı binanın giriş zalında qadının yanında daha iki nəfər olub. Onlar partlayış nəticəsində yaralanıblar.
Çox güman ki, şübhəli şəxs özü hüquq-mühafizə orqanlarından yayınmağa cəhd edib. “Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları maddi sübutlar toplayıb, şahidləri dindiriblər və müşahidə kameralarının videogörüntülərini emal ediblər. Toplanmış məlumatların təhlili regional cinayət axtarış idarəsinin və Zaporojye rayon polis idarəsinin əməliyyatçılarına bir neçə saat ərzində şübhəli şəxsin şəxsiyyətini müəyyənləşdirib yerini müəyyən etməyə imkan verib”, – məlumatda deyilir.
Saxlanılan şəxs qanunsuz silah, döyüş sursatı və ya partlayıcı maddələrlə davranma və qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 263-cü maddəsinin 1-ci hissəsi və 115-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi) ilə ittiham olunur. Onu ömürlük həbs cəzası gözləyir.
//Samir Qurbanov, Editor.az