AZ

“Liverpul” “Real”ın yarımmüdafiəçisini gözaltı edib

“Liverpul” “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır.

İdman.Biz-in “TBR Football”a istinadən verdiyi məlumata görə, mersisaydlılar 22 yaşlı fransızın yarımmüdafiə xəttini gücləndirə və Rayan Qravenberxlə ortaqlıq qura biləcəyinə inanırlar.

“Real Madrid” Kamavinqa ilə ayrılmaq niyyətində deyil, lakin oyunçu daha çox oyun vaxtı istəsə, transfer baş tuta bilər. Yarımmüdafiəçi ilə digər Avropa klubları da maraqlanır.

Kamavinqa bu mövsüm bütün yarışlarda 5 oyuna çıxıb, bir qol vurub. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir və Transfermarkt-a görə bazar dəyəri 50 milyon avrodur.

İdman.Biz

Seçilən
3
1
idman.biz

2Mənbələr