AZ

ABŞ də hərbi təyinatlı zavodda güclü partlayış baş verib 13 nəfər itkin düşüb

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Tennessi ştatında "Accurate Energetic Systems" hərbi təyinatlı partlayıcı maddələr zavodunda güclü partlayış baş verib.

Oxu.Az "CBS News" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər həlak olub, ölənlərin dəqiq sayı açıqlanmayıb.

Məlumata görə, azı 13 nəfər itkin düşüb.

Partlayışın səbəbi hələ məlum deyil. Mütəxəssislər davam edən partlayışlar səbəbindən zavoda dərhal daxil ola bilməyiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
oxu.az

2Mənbələr