Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında VI turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, hər iki milli komandamız Ermənistan yığmaları ilə üz-üzə gəlib. Kişilərdən ibarət yığma 2,5-1,5 hesabı ilə rəqibi məğlub ediblər.
Qadınlardan ibarət yığmamız isə 3 1 hesabı ilə Ermənistana qalib gəlib.