AZ

ABŞ da silah zavodunda partlayış nəticəsində bir neçə nəfər ölüb, xeyli insan itkin düşüb

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cümə günü səhər saatlarında ABŞ-ın Tennessi ştatında hərbi partlayıcı maddələr istehsal edən zavodda baş vermiş partlayış nəticəsində bir neçə nəfərin öldüyü, bəzilərinin isə itkin düşdüyü bildirilib.

APA xəbər verir ki, bu barədə “Reuters” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Paytaxt Neşvilldən təxminən 80 km qərbdə yerləşən “Accurate Energetic Systems” şirkətində partlayış yerli vaxtla saat 07:45-də baş verib. Həlak olanlar var və həmçinin hazırda bir neçə nəfərin taleyi naməlumdur”, – məlumatda deyilir.

Məlumata görə “Accurate Energetic Systems” şirkəti hərbi, aerokosmik və kommersiya dağıtmaları üçün partlayıcılar istehsal edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
27
apa.az

10Mənbələr