AZ

Yanacaq daşıyan tanker avtomobillə toqquşdu: 6 nəfər yaralandı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Yanacaq daşıyan yük və minik avtomobillərinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində baş verib. Məlumata görə, Viranşehir-Şanlıurfa avtomobil yolunun Eyüp Nəbi qovşağı yaxınlığında Veysi E.-nin idarə etdiyi 47-ET-954 dövlət nömrə nişanlı yanacaq tankeri Kasım Ö-nin idarə etdiyi 63-AHE-114 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Zərbənin təsirindən tanker aşıb, tonlarla dizel yanacağı yola tökülüb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib və xəstəxanaya aparılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
avtosfer.az

1Mənbələr