AZ

İranda son bir ildə edam edilən məhbusların sayı açıqlandı

Ajans.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, bu göstərici əvvəlki illə müqayisədə 86% çoxdur. Məlumata görə edamların 94%-i gizli şəkildə həyata keçirilib. Qeyd olunan müddət ərzində yetkinlik yaşına çatmamış 3 məhbus və 49 qadın dar ağacından asılıb, 8 məhbus ictimaiyyətin gözü qarşısında edam edilib. Edamların 48.3 faizi narkotik qaçaqmalçılığı, 43.5 faizi isə adam öldürməklə bağlı olub. Ən çox edam hökmünün icra olunduğu 3 əyalət Əlborz, İsfahan və Fars əyalətləri olub.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi şəxsiyyəti dəqiqləşdirilən edam edilənlərin sayı 1 106 nəfərə çatıb, onlardan 30-u qadındır.

Seçilən
27
9
Ajans.az

10Mənbələr