AZ

"Mariya Korina Maçado 2025-ci ilin Nobel Sülh Mükafatına layiq görülüb" - BBC

"Venesuela müxalifət liderinin demokratik hüquqlar uğrunda fəaliyyəti tanınıb, Trump mükafatı ala bilməyib..."

Nobel Sülh Mükafatının verilməsi

2025-ci il üçün Nobel Sülh Mükafatı Venesuelanın müxalifət lideri Mariya Korina Maçadoya təqdim edilib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, Komitə onu "Venesuela xalqının demokratik hüquqlarının təşviqi və diktaturadan demokratiyaya sülh yolu ilə keçidi təmin etmək uğrunda davamlı fəaliyyəti" səbəbi ilə mükafatlandırıb.

Mariya Korina Maçado kimdir?

Maçado 2024-cü il prezident seçkilərində müxalifətin vahid namizədi olub, lakin hakimiyyət onun iştirakını bloklayıb. İlkin seçkilərdə 90 faizdən çox səs toplayaraq müxtəlif partiyaları ətrafında birləşdirib. Hökumət onu Venesuelaya qarşı sanksiyaları dəstəkləməkdə ittiham edərək 15 il seçki hüququndan məhrum edib.

Siyasi fəaliyyətinə Sumate təşkilatını yaradaraq başlayan Maçado 2004-cü ildə Çavesə qarşı referenduma təşəbbüs göstərib, 2010-cu ildə Milli Assambleyaya ən çox səs toplayaraq seçilib, 2011-ci ildə prezidentliyə namizəd olub. 2014-cü ildə Assambleyadan çıxarılıb, etirazlara liderlik edib və öz radio proqramını aparıb. 2023-cü ildə yenidən prezidentliyə namizəd olsa da diskvalifikasiya edilib.

Donald Trump və Nobel Sülh Mükafatı

ABŞ Prezidenti Donald Trump mükafatı ala bilməyib. Nobel Komitəsi qərarlarını yalnız Alfred Nobelin meyarlarına əsaslandırır: sülh sazişlərinin təşviqi, silahlı qüvvələrin azaldılması və xalqlar arasında dostluğun gücləndirilməsi. Son həftələrdə əldə edilən nailiyyətlər isə nəzərə alınmır.

Keçmiş laureatlar və namizədlər

Son illərdə mükafatı alanlar arasında Barak Obama (2009), Cimmi Karter (2002), Dmitri Muratov və Marya Ressa (2021), BMT-nin Ümumdünya Qida Proqramı (2020) var. 2025-ci il üçün isə 338 namizəd - 244 şəxs və 94 təşkilat irəli sürülüb.

Mükafatın qaydaları

Nobel Sülh Mükafatı Norveç Nobel Komitəsi tərəfindən verilir. Namizədlər yalnız müəyyən şəxslər tərəfindən irəli sürülə bilər. Mezar Alfred Nobelin vəsiyyətinə əsaslanır, zamanla beynəlxalq əməkdaşlıq, insan hüquqları və təşkilatların rolu da nəzərə alınır.

Seçilən
24
1
moderator.az

2Mənbələr