AZ

"Neftçi"də oynamaq böyük məsuliyyət tələb edir - VİDEO

"İdmançıların Uğur Hekayələri" podkastının növbəti buraxılışı yayımlanıb.

90deqiqe.Az-ın məlumatına görə, "SportZone"un bu dəfəki qonağı Azərbaycan futbolunun tanınmış simalarından biri – “Neftçi” klubunun təcrübəli yarımmüdafiəçisi Elvin Camalovdur.

Elvin Camalov uzun illərdir Azərbaycan futbolunun yüksək liqasında çıxış edən, peşəkarlığı və meydandakı mübariz ruhu ilə seçilən idmançılardandır. O, karyerası ərzində “Qəbələ”, “Sabah” və “Neftçi” kimi klubların heyətində çıxış edib, həmçinin Azərbaycan milli komandasının da formasını geyinib.

Podkastda Elvin Camalov yalnız futbol karyerası və qazandığı təcrübələrdən deyil, həm də peşəkar idmanda nizam-intizamın, komanda ruhunun və özünəinamın vacibliyindən danışır. O, gənc futbolçular üçün faydalı məsləhətlər verir və uzun illər ərzində formalaşmış idman fəl­səfəsini dinləyicilərlə bölüşür.

Videonu izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: 

Seçilən
8
90deqiqe.az

1Mənbələr