AZ

Maçado mükafatı Trampa həsr etdi


2025-ci il Nobel Sülh Mükafatını alan Venesuela müxalifətinin lideri Maria Korino Maçado bu mükafatı bütün venesuelalıların mübarizəsinin tanınması və azadlığı qazanmaq üçün stimul adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Maçado paylaşım edib. 
“Biz qələbənin astanasında dayanmışıq və bu gün azadlıq və demokratiyaya nail olmaqda ən böyük müttəfiqlərimiz kimi ABŞ Prezidenti Donald Trampa, ABŞ xalqına, Latın Amerikası xalqına və dünya demokratiyalarına həmişəkindən daha çox ümid edirik. Mən bu mükafatı əziyyət çəkən Venesuela xalqına və bizim işimizə verdiyi qətiyyətli dəstəyə görə Prezident Trampa həsr edirəm!”
Donald Trampın özü də Maçadonun paylaşımını sosial media hesabında paylaşıb, lakin əlavə şərh verməyib.
Tramp növbəti paylaşımında Düşənbədə keçirdiyi mətbuat konfransında Nobel Komitəsinin bəzən Sülh Mükafatını sülh üçün heç nə etməyən insanlara verdiyini və bu qərarların mükafatın etibarına böyük zərbə vurduğunu söyləyən Putinin videosunu paylaşıb.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr