AZ

Nikahdankənar doğulanların sayı niyə çoxdur? Dövlət Komitəsindən məsələyə REAKSİYA

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulub.

Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə əsasən, təkcə ötən il ölkədə qeyri-rəsmi nikahdan olan qadınların dünyaya gətirdiyi körpələrin sayı 13 mini ötüb. 2023-cü ildə isə bu rəqəm 15 mindən, 2022-də 18 mindən çox, 2020-2021-ci illərdə isə bu say ayrı-ayrılıqda 18 minə yaxın olub. Statistikaya 18 yaşadək olan analar tərəfindən dünyaya gətirilən uşaqlar da daxildir.

Bəs körpələrin nikahdankənar doğulmasının səbəbi nədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məsələyə belə münasibət bildirilib:

"Ölkə üzrə nikahdankənar doğulan uşaqların sayında son 3 ildə nisbətən azalma müşahidə edilir. Müsbət tendensiya ailənin cəmiyyətdəki rolunun möhkəmlənməsi, ailələrin rifahının yaxşılaşdırılması istiqamətində aparılan normativ-hüquqi islahatların, eləcə də valideyn məsuliyyətinin gücləndirilməsi və gənclərə milli-mənəvi dəyərlərin aşılanması ilə bağlı ardıcıl olaraq aparılan fəaliyyətin nəticəsidir".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Nikahdankənar doğulanların sayı niyə çoxdur? - Dövlət Komitəsindən məsələyə REAKSİYA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
oxu.az

3Mənbələr