AZ

Niyə getmişdin, niyə qayıtdın? – “Variantlar var idi, işlər qaydasında getmədi”

Yayda “Kəpəz”i tərk edən futbolçulardan biri də Dioqo Verdaşka olmuşdu.

Ötən mövsüm başa çatandan sonra klub rəhbərliyi ilə söhbətdə yeni müqavilənin maliyyə şərtləri ilə bağlı ortaq dil tapa bilməyən portuqaliyalı müdafiəçi axtarışa çıxmışdı.

Təxminən üç ay baxdı, axtardı, yekunda “Kəpəz”ə qayıtdı. Hazırda onu Gəncə klubuna dəvət edən Azır Bağırovun rəhbərliyi altında çalışır.

28 yaşlı portuqaliyalı müdafiəçi Sportinfo.az-a başına gələnləri danışıb:

“Mövsüm başa çatandan sonra “Kəpəz”lə razılığa gələ bilməmişdik. Halbuki burada qalmağa razı idim.

Ona görə də maliyyə cəhətdən daha yaxşı şərtlər altında oynamaq istəyirdim. Daha sərfəli variantlara baxırdım.

Başlanğıcda plana uyğun olaraq bəzi variantlar var idi. Lakin sonradan işlər qaydasında getmədi.

Gedişatda “Kəpəz”dən zəng gəldi, məni yenidən Gəncəyə dəvət etdilər. Düşündüm ki, tanıdığım yerdir.

Şəhəri və insanlar sevirəm, klub mənə doğmadır. Və yenidən burda olmağımdan məmnun olduğumu deyə bilərəm”.

Portuqaliya nəhəngi “Portu”nun yetirməsi kimi tanınan Dioqo Verdaşka ötən ilin sentyabr ayından bu yana 34 oyunda “Kəpəz”in formasını geyinib.

HƏBİB

Seçilən
4
sportinfo.az

1Mənbələr