AZ

Mingəçevirdə güclü külək bir sıra fəsadlar yaratdı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Mingəçevirdə güclü külək bir sıra fəsadlar yaradıb. Küləyin təsirindən kökündən qopan ağaclar yollara, parklara və elektrik xətlərinin üzərinə aşıb.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, küləyin fəsadları Heydər Əliyev prospekti, Mingəçevir “kənd”i kimi tanınan ərazidə, Nizami parkında və digər ərazilərdə daha çox nəzərə çarpıb.

İri gövdəli ağacların aşması piyada və avtomobillərin hərəkətinə çətinliklər yaradıb, əhalini işıqsız qoyub.

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları mərhələli şəkildə fəsadları aradan qaldırıblar.

Qeyd edək ki, Mİngəçevirdə küləkli hava şəraiti davam etməkdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
globalinfo.az

4Mənbələr