ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya nəzarəti ələ keçirmək barədə bəyanatlarından sonra Danimarka hökuməti yeni hərbi texnikaların alınması üçün 8,5 milyard dollar ayırmağı planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, investisiyalar Danimarkanın Arktikadakı mövcudluğunu gücləndirməyə yönəlib. Təxminən 4 milyard dollar bu məqsədlə iki gəmi, bir neçə patrul və pilotsuz təyyarənin alınmasına və ya icarəyə götürülməsinə xərclənəcək. Qalan vəsait isə ABŞ-dan 16 ədəd F-35 qırıcı təyyarəsinin alınmasına sərf olunacaq.
Nəşr yazır ki, bu addım Trampın Qrenlandiyanı ələ keçirmək təhlükəsinin qarşısını almağa yönəlib.
Xatırladaq ki, avqust ayında Danimarkanın DR telekanalı Trampla əlaqəsi olduğu iddia edilən bəzi şəxslərin Qrenlandiyada gizli fəaliyyət göstərdiyini, adada ABŞ-a sadiq və əksinə mövqedə olan şəxslər haqqında məlumat topladıqlarını bildirmişdi. İddialara görə, bu fəaliyyətin məqsədi Qrenlandiyanın ABŞ-a ilhaqına zəmin yaratmaq olub. /Globalinfo.az/