AZ

Avtomobil üçün etibarnamə ləğv olunur?

Son vaxtlar etibarnamə ilə avtomobil idarə olunmasının ləğvi məsələsi geniş müzakirə olunur. Bu dəyişiklik qüvvəyə minərsə, vətəndaşların adlarına olmayan avtomobilləri idarə etməsi mümkün olmayacaq.Nəqliyyat eksperti Yasin Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, hələlik bizdə müvafiq qurumlar buna müsbət baxmırlar. Bu isə qanuni çərçivədə müəyyən qədər əngəl yaradır: “Məsələn, sürmək hüququ olan ər və arvad birgə nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsini bir-birinə etibar etməyiblərsə, bu, ciddi narahatlıq və problemlərə səbəb olur. Yəni etibarnaməsiz idarə edirmiş kimi sayılır və nəticədə insanlar müxtəlif çətinliklərlə qarşılaşırlar. Zaman itirirlər, əsəbləri pozulur.Həmçinin bu, ailə daxilində də gülünc vəziyyətlər yaradır. Məsələn, ata öz övladına, yaxud övlad atasına avtomobili idarə etməyə icazə verə bilmir. Halbuki, texniki pasport, yəni qeydiyyat şəhadətnaməsi var, deməli, bu avtomobil ona məxsusdur”.Y.Mustafayev qeyd edib ki, hüquqi cəhətdən də etibarnaməsiz avtomobil idarə etmə halları mümkündür:“Hesab edirəm ki, bu məsələyə ciddi şəkildə baxılmalı və qohum, ailə üzvlərinə etibarnaməsiz avtomobil idarə etmək icazəsi verilməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
7
1
metbuat.az

2Mənbələr