Türkiyə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çalışacaq və İstanbulu bunun üçün platforma kimi təqdim etməyə davam edəcək.
Operativ Media xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda kəşfiyyat məsələləri üzrə beynəlxalq konqresdə deyib .
"Uzun fasilədən sonra (2022-ci ilin martından – red) Rusiya və Ukrayna nümayəndə heyətləri üç ay ərzində İstanbulda birbaşa danışıqların üç raundu keçirdilər. Türkiyə bu görüşlərə ev sahibliyi etməyə və vasitəçi kimi çıxış etməyə davam edəcək", - Kalın bildirib.