ain.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Belə bir hesab gözləmirdik. Təəssüf ki, belə oldu. Birinci hissə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik. İkinci hissə isə bunu bacara bilmədik.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri U-21 millimizin baş məşqçisi Rəşad Eyyubov Çexiya məğlubiyyəti barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Oyunçular milliyə gəlir və bizim onları matçlara hazırlamaq üçün 4-5 gün vaxtımız olur. Problem yalnız fiziki durumla bağlı deyil. Sadəcə intensivliyə dözə bilmirik. Amma Çexiyanın futbolçuları 90 dəqiqə eyni tepmdə oynamağa hazırdılar. İlk hissəsinin sonlarında qol buraxdıq. Rəqib nəsə qeyri-adi bir şey etmədi. İlk yarıda epizodlarımız da oldu. İkinci hissə isə bunu edə bilmədik. Məğlubiyyət üçün heç bir səbəbkar axtarmıram, sadəcə reallıq budur”.
Həsən Quluzadə/ Çexiya, Karvina
Jurnalistlərin Çexiya səfəri Misli və AFFA-nın dəstəyi ilə həyata keçirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.