AZ

Tramp Misirə səfəri zamanı Qəzza sammiti keçirməyi planlaşdırır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp gələn həftə Misirə səfəri zamanıQəzza zolağında münaqişənin həlli ilə bağlı bir sıra ölkələrinliderləri ilə görüş keçirməyi planlaşdırır.

Trend-inməlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadənxəbər verib.

Məlumata əsasən, prezident Tramp gələn həftə Misirə səfərizamanı Qəzza ilə bağlı dünya liderləri ilə zirvə görüşü keçirməyiplanlaşdırır. Bildirilib ki, Almaniya, Fransa, Böyük Britaniya,İtaliya, Qətər, BƏƏ, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı,Pakistan və İndoneziya liderlərinin və ya xarici işlər nazirlərininiştirakı gözlənilir.

Görüşü Misir prezidenti Əbdülfəttah əs-Sisi təşkil edir.

ABŞ rəsmi mənbələri “Trampın sammitdə iştirak etməyiplanlaşdırdığını” qeyd edib. Görüş oktyabrın 13 və ya 14-də Şarməl-Şeyxdə baş tuta bilər.

Məqalədə:
Seçilən
33
3
az.trend.az

10Mənbələr